Yaponiyanı güclü qasırğa vurub

Yaponiyanı güclü qasırğa vurub
# 26 oktyabr 2013 07:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Bu gecə Yaponiyanın mərkəzi rayonlarını “Frantsisk” qasırğası vurub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 1 nəfər ölüb.

“Frantsisk” qasırğasının mərkəzində küləyin sürəti saniyədə 30 metrə çatır. Yaponiya Meteoroloji İdarəsi Tokio, Tiba və Ayti əyalətlərində subasma təhlükəsi, dağlıq rayonlarda torpaq sürüşməsi barədə xəbərdarlıq edib.

İnsanlara zəruri ehtiyac olmadan küçələrə çıxmamaq tövsiyə olunub. Tokio, Tiba və Ayti əyalətlərində 4,8 min ailəyə evakuasiya edilməsinə ehtiyac yaranıb. Qasırğa bir sıra rayonlarda subasmaya yol açıb. Tokionu Yaponiyanın qərbi ilə birləşdirən “Sinkansen” sürətli qatarının səfəri təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR