“Amrahbank” aktivlərini artırıb

“Amrahbank” aktivlərini artırıb
# 30 aprel 2014 13:44 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Amrahbank” ASC-nin aktivlərinin həcmi 2014-cü ilin I rübündə 158,288 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 50,4% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,6% artaraq 99,833 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 33,239 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 29% azdır.

Bankın depozit portfeli hesabat dövrü ərzində 41% artaraq 84,896 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 49,847 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 24,6% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 3,073 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 2,9% azdır və kreditlərin hamısı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bir il ərzində bankın məcmu kapitalı 87,4% artaraq 51,581 mln. manata çatdığı halda, nizamnamə kapitalı 2,3 dəfə artaraq 39 mln. 844,4 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 22,7% artaraq 6,654 mln. manat, xərcləri isə 33,7% artaraq 5,166 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 426,1 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 19 filialı, 22 bankomatı, 506 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR