Təbrizdə “Azərbaycan-Muğam” musiqi qrupunun konserti keçirilib

Təbrizdə “Azərbaycan-Muğam” musiqi qrupunun konserti keçirilib
# 26 oktyabr 2013 07:41 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İranın Şərqi Azərbaycan vilayətin paytaxtı Təbrizdə fəaliyyət göstərən “Azərbaycan-Muğam” musiqi qrupunun növbəti konserti keçirilib. Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Təbriz şəhərinin “Petroşimi” kompleksində keçirilən solo konsertdə Azərbaycanda musiqi təhsili almış “Azərbaycan-Muğam” musiqi qrupunun rəhbəri, gənc xanəndə Nasir Ətapurun ifasında Azərbaycan muğamları, eləcədə də “Sarı gəlin”, “Küçələrə su səpmişəm” və sair xalq mahnıları səsləndirilib. Nasir Ətapurun 7 yaşlı kiçik şagirdinin ifasında səslənən “Qarabağ şikəstəsi” isə tamaşaçılar tərəfindən böyük alqışlarla müşayiət edilib.

Konsertdə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, eləcə də Nasir Ətapurun musiqi təhsili aldığı Azərbaycan Milli Konservatoriyasının müəllimi Qəzənfər Abbasov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR