ABŞ senatoru Con Makkeyn Kiyevdə Ukrayna müxalifətinin liderləri ilə görüşüb

ABŞ senatoru Con Makkeyn Kiyevdə Ukrayna müxalifətinin liderləri ilə görüşüb
# 15 dekabr 2013 03:50 (UTC +04:00)

Bakı-APA. UDAR Partiyasının lideri Vitali Kliçko ötən gün Kiyevə səfərə gəlmiş ABŞ senatoru Con Makkeynlə görüşüb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, partiyanın mətbuat xidmətinin məlumatına görə, senatorla görüş zamanı Kliçko Ukraynanın mühüm tarixi məqam yaşadığını qeyd edib. Onun sözlərinə görə, bu məqam ölkənin demokratiya və ya diktatura istiqamətində inkişafını şərtləndirəcək. “Məhz indiki zamanda xalqa Ukraynanın xaricdəki dostlarının tam dəstəyi gərəkdir”, deyə Kliçko qeyd edib.

Görüşdə “Batkivşina” fraksiyasının lideri Arseniy Yatsenyuk və “Azadlıq” partiyasının rəhbəri Oleq Tyaqnibok iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR