Dow Jones indeksi 1,4%, S&P 500 1,4%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 1,4%, Nasdaq 1,2% yüksəlib
# 17 oktyabr 2013 07:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 15 374 bəndədək, S&P 500 1,4% - 1 722 bəndədək, Nasdaq 1,2% - 3 839 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə büdcə kompromisinin əldə olunması barədə məlumatlar təsir edib. Qeyd edək ki, bu gün səhər saatlarında artıq məlum olub ki, Konqresin Nümayəndələr Palatası qısamüddətli büdcənin layihəsini təsdiqləyib. Beləliklə, 2014-cü il yanvarın 15-dək hökumətin maliyyələşməsi bərpa olunub, dövlət borcunun yuxarı həddi isə fevralın 7-dək artırılıb.

Avropa fond bazarlarında oktyabrın 16-da FTSE 100 indeksi 0,3% - 6 572 bəndədək, Almaniya DAX-ı 0,5% - 8 846 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,3% - 4 244 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% artaraq 1 280,50 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3543 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR