“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”İctimai Birliyində hesabat iclası keçirilib - FOTO

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”İctimai Birliyində hesabat iclası keçirilib - <span style="color: red;">FOTO
# 22 dekabr 2012 10:10 (UTC +04:00)

APA-nın məlumatına görə, icmanın rəhbəri Bayram Səfərov iclas iştirakçılarına görülən işlər barədə ümumi məlumat verib. Sonra İcmanın Analitik-informasiya mərkəzinin rəhbəri Elçin Əhmədov 2012-ci ilin birinci yarısında İctimai Birliyk tərəfindən həyata keçirilən tədbirlər və görüşlər haqqında ətraflı məlumat verib.

Təşkilatın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov icmanın əlaqələndirmə şurasının sədri seçildiyi vaxtdan keçən dövr ərzində həyata keçirilmiş işlər barədə danışıb. Əlaqələndirmə Şurasının sədri 2012-ci ilin ikinci yarısında icmanın həm ölkə daxilində , həm də xarici ölkələrdə həyata keçirdiyi tədbirlər barədə və 2013-cü il üçün qarşıda duran vəzifələr haqqında idarə heyyəti üzvlərinə ətraflı məlumat verib.

Hesabatlar dinlənildikdən sonra icmanın İdarə Heyətinin üzvü, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək ötən dövr ərzində keçirilən tədbirləri yüksək qiymətləndirib, Dağlıq Qarabağ münaqişəsi haqqında dünya birliyinin məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

İdarə Heyətinin üzvləri, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Milli Məclisinin deputatı Elman Məmmədov çıxış eərək icmanın əvvəlki illərdə görülmüş işlərə nisbətən daha operativ və fəal olduğunu bildirib. Qeyd olunub ki, icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması məqsədi ilə yeni fəaliyyət istiqamətlərinin qurulması labüddür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR