“Altılıq”-İran danışıqlarında ciddi irəliləyiş əldə olunmayıb

“Altılıq”-İran danışıqlarında ciddi irəliləyiş əldə olunmayıb
# 22 noyabr 2014 18:36 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans-Press”-ə Vyanadakı danışıqlarda mənbə bildirib.

“Danışıqlarda əhəmiyyətli irəliləyiş yoxdur, hətta bazar ertəsinədək müəyyən olunmuş ən son müddətdə də razılaşmaya nail olunmayacağı ehtimal edilir”, deyə mənbə bildirib.

Qeyd edək ki, yaxın saatlarda ABŞ dövlət katibi Con Kerri, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və “altılığın” əlaqələndiricisi Ketrin Eşton arasında növbəti görüşün keçiriləcəyi gözlənilir.

Bundan əvvəl KİV-lər Tehran və “altılıq” arasında baza çərçivə sazişinin əldə olunduğunu bildirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR