«Unibank» rabitə işçiləri üçün kredit kampaniyası keçirir

«Unibank» rabitə işçiləri üçün kredit kampaniyası keçirir
# 07 dekabr 2012 14:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC dekabrın 6-da qeyd olunan rabitə işçilərinin peşə bayramı ilə əlaqədar rabitəçilər üçün daha sərfəli şərtlərlə kredit kampaniyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində rabitəçilər «Unibank»dan 2 faiz bəndi endirimlə kredit ala biləcəklər.

Minimal həcmi 300 manat, maksimal məbləği 5 min manat olan krediti almaq üçün rabitə işçisi şəxsiyyət vəsiqəsi və iş yerindən arayış/iş vəsiqəsi təqdim etməlidir. Qeyd edək ki, 3 min manat həcmində kredit üçün zamin tələb olunmur.

Bundan əlavə, hər kredit alan rabitə işçisi 60 dəqiqəlik pulsuz mobil danışıq kartı qazanacaq. Bankın məlumatında deyilir ki, hətta başqa banklara borcu olanlar belə, «Unibank»dan kredit götürə bilələr.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR