“Nar Mobile” “AIESEC Azərbaycan” tərəfindən təşkil edilmiş yubiley konfransının baş sponsoru olub

“Nar Mobile” “AIESEC Azərbaycan” tərəfindən təşkil edilmiş yubiley konfransının baş sponsoru olub
# 02 aprel 2015 09:26 (UTC +04:00)

Bakı - APA-Economics. 21-24 mart 2015-ci il tarixləri arasında keçirilən sayca 10-cu milli konfransın əsas məqsədi gənclərin diqqətini yeni layihə və mübadilə proqramlarına cəlb etmək idi. “AIESEC Azərbaycan” mütəmadi olaraq ildə iki dəfə milli konfrans təşkil etməklə, gənclər arasında dürüst liderlik xüsusiyyətlərini təbliğ edir, onları yay aylarında keçiriləcək beynəlxalq təcrübə proqramları haqqında məlumatlandırır və daxili məsələlərdə birliyin və möhkəmliyin nə dərəcədə önəmli olduğunu izah edir.

Hər zaman təhsilə və gənclərin inkişafına xüsusi önəm vermiş “Nar Mobile” tərəfindən dəstəklənən layihənin bu dəfəki qonağı konfransa xüsusi maraq qatmaq məqsədilə dəvət olunmuş “AIESEC Çexiya” təşkilatının sədri və təlimçilər komandasının üzvü Miroslava Liskova olub.

Qeyd edək ki, “AIESEC Azərbaycan” iyun-avqust ayları üçün beynəlxalq könüllü proqramları təşkil edir. Proqramlara qəbul günləri aprel ayının 10-dək davam edəcək. May ayının 29-da isə üzvlər, tərəfdaşlar və sponsorların iştirakı ilə “AIESEC Azərbaycan” illik hesabatını təqdim edəcək və "Qala" yekun tədbiri həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR