Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər
# 08 dekabr 2012 06:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində, Ağdam rayonunun işğal edilmiş Şıxlar və Cəvahirli, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR