İranın Şərqi Azərbaycan vilayətində növbəti zəlzələ baş verib

İranın Şərqi Azərbaycan vilayətində növbəti zəlzələ baş verib
# 16 noyabr 2012 07:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Noyabrın 16-da gecə saatlarında İranın Şərqi Azərbaycan vilayətində növbəti zəlzələ baş verib.

APA-nın İranın Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 07:58-də qeydə alınıb. Yerin 4 km dərinliyində baş verən zəlzələnin gücü Rixter şkalası üzrə 4,9 bal gücündə olub.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəzin məlumatına görə, təbii fəlakət Vərzigandan 6 km, Xacə 35 km, Əhər 40 km və Tehrandan 526 km uzaqlıqda baş verib. Zəlzələ nəticəsində dağıntıların, ölən və yaralananların olduğu barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, avqustun 11-də İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə 306 nəfər ölüb, 3037 nəfər yaralanıb. Bundan başqa, noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR