Nazir müavini Sevinc Həsənova: «Azərbaycanda qeyri-neft sektoru və regionların inkişaf etdirilməsi ilə bağlı mühüm hədəflər nəzərdə tutulub»

Nazir müavini Sevinc Həsənova: «Azərbaycanda qeyri-neft sektoru və regionların inkişaf etdirilməsi ilə bağlı mühüm hədəflər nəzərdə tutulub»
# 15 noyabr 2012 10:46 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. «Azərbaycan: 2020-Gələcəyə baxış» sosial-iqtisadi inkişaf konsepsiyasının layihəsində ölkənin qeyri-neft sektoru və regionların inkişaf etdirilməsi məqsədilə mühüm hədəflər nəzərdə tutulub və kompleks tədbirlərin görülməsi planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın 2013-cü il dövlət büdcəsinin layihəsi ilə bağlı parlamentin bu gün keçirilən plenar iclasında millət vəkillərinin suallarına cavab olaraq iqtisadi inkişaf nazirinin müavini xanım Sevinc Həsənova bildirib.

S.Hesənova son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün görülən işləri, həyata keçirilən iri layihələri, o cümlədən iri sənaye parklarının yaradıldığını xatırladıb. Onun sözlərinə görə, hazırda bu sənaye parklarında fəaliyyət göstərəcək şirkətlər üçün güzəştlərin və onlara münbit şəraitin yaradılması ilə bağlı məsələlər müzakirə edilir. Regionların inkişafına gəlincə, S.Həsənova xatırladıb ki, indiyədək regionların inkişafı üzrə 1 proqramın icrası başa çatıb, hazırda isə ikinci proqram həyata keçirilir.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanda fermerlərə və aqrar sektordakı məhsul istehsalçılarına subsidiyaların verilməsi qaydaları dəyişdiriləcək. Onun sözlərinə görə, dövlət başçısının bununla bağlı tapşırıqlarına uyğun olaraq, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri daha təkmil subsidiyalaşma mexanizmi hazırlayıb: «Hazırda bunun ətrafında razılaşdırmalar aparılır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR