Nemət Pənahlı aclıq aksiyasına başlayıb

Nemət Pənahlı aclıq aksiyasına başlayıb
# 18 dekabr 2012 11:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov keçirdiyi mətbuat konfransında deyib. E. Behbudov N. Pənahlının həyat yoldaşı Həcər Pənahlının ona müraciət etdiyini bildirib: “Həcər xanım mənə müraciət edib ki, Nemət Pənahlı ona qarşı ədalətsiz münasibətə etiraz olaraq aclıq aksiyasına başlayıb. Nemət Pənahlı mənimlə görüşmək istəyir və mənimlə görüşənə qədər aclıq aksiyasını davam etdirmək niyyətindədir”.

E. Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində monitorinq keçirilməsinə məhdudiyyət qoyulduğundan N. Pənahlı ilə görüşə bilmədiyini, lakin məsələnin araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət etdiyini deyib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında N. Pənahlının şirin çay və su içdiyini, lakin yemək yemədiyini deyib: “Hər bir məhkumun aclıq aksiyası keçirmək hüququ var. Nemət Pənahlı qanuna zidd olan bir sıra tələblər irəli sürüb və onlar yerinə yetirilmədiyi üçün aksiya keçirir. Aksiyanı davam etdirsə, digər məhkumlardan təcrid olunacaq, həkim nəzarətinə götürüləcək. Lakin Elçin Behbudovun ora gəlməsinə və Nemət Pənahlı ilə görüşməsinə ehtiyac yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR