YAP Gənclər Birliyi Gənclər günü münasibətilə tədbir keçirib - FOTO - VİDEO

YAP Gənclər Birliyi Gənclər günü münasibətilə tədbir keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 31 yanvar 2015 10:31 (UTC +04:00)

Bakı. MÜbariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 Fevral - Gənclər günü ilə əlaqədar tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev və YAP-çı gənclər iştirak ediblər.

Əvvəl YAP Gənclər Birliyinin 2014-cü ildə fəaliyyətini əks etdirən hesabat xarakterli foto-slayd təqdim edilib.

Sonra çıxış edən Ə. Əhmədov Azərbaycanda Gənclər gününün təsis edilməsindən 20 il ötdüyünü qeyd edib: “Bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi yetişməsi istiqamətində böyük işlər görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz gənclərimizlə qürur duyuruq. Azərbaycan gəncliyinin qarşısında duran ən müqəddəs vəzifə dövlətimizi qorumaq, Azərbaycanın gücünün, qüdrətinin artmasına öz töhfəsini vermək, milli ideyanın, dəyərlərin daşıyıcısı olmaq, ölkəmizi layiqincə təmsil etməkdir. YAP bu işdə sizə dəstək olmağa hər an hazırdır”.

Digər natiqlər də Gənclər gününün əhəmiyyətini qeyd edib, gəncləri təbrik ediblər.

Tədbirdə fəal YAP-çı gənclər mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR