Moskva-Qəbələ-Moskva marşrutu üzrə təyyarə reysi açılıb

Moskva-Qəbələ-Moskva marşrutu üzrə təyyarə reysi açılıb
# 15 noyabr 2012 23:23 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm təyyarə uçuşlarına start verilib. APA-nın məlumatına görə noyabrın 15-də Moskvanın Domodedovo aeroportundan havaya qalxan təyyarə Qəbələ Beynəlxalq Hava Limanına enib. Təyyarənin göyərtəsində ümumilikdə 114 sərnişin olub. Qəbələdən isə təyyarə həmin gün saat təkrar olaraq Moskvaya uçub. Qəbələdən Moskvaya uçan təyyarənin göyərtəsində isə 104 sərnişin olub. Uçuşlar Rusiyanın “EK.Alyans” Aviaşirkəti tərəfindən təşkil edilir və “Airbus-320” avialayneri ilə hər həftənin cümə axşamı günü yerinə yetiriləcək. “Airbus 320” tipli təyyarə 156 sərnişin tutumuna malikdir.

Moskvadan Qəbələyə bir aviabiletin qiyməti 102 manat, Qəbələdən Moskvaya isə 120 manat təşkil edir. Sərnişinlər təyyarədə yüksək səviyyədə təşkil edilən xidmətdən məmnun qaldıqlarını bildiriblər.

Qeyd edək ki, ötən il noyabrın 17-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qəbələ beynəlxalq aeroportu dünyanın ən yüksək standartlarına cavab verir. Ötən bir il ərzində Qəbələ Beynəlxalq Hava Limanı vasitəsilə dünyanın müxtəlif ölkələri və respublika daxili 180 aviareys həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR