Donetskdə azərbaycanlı iş adamı öldürülüb

Donetskdə azərbaycanlı iş adamı öldürülüb
# 20 fevral 2015 15:16 (UTC +04:00)

Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan, Ukrayna vətəndaşı, 57 yaşlı C. Məmmədovun avtomobili ötən həftənin şənbə günü Donetskdə qumbaraatanla atəşə tutularaq partladılıb.

C. Məmmədov avtomobilin partlaması nəticəsində yanaraq ölüb.

30 ildən çox Ukraynada yaşamış C. Məmmədov Donetsk vilayətində sərnişindaşıma və xaricdən avtomobillərin idxalı biznesi ilə məşğul olub. O, bir müddət əvvəl Donetskdə azərbaycanlıları təmsil edən cəmiyyət də yaradaraq ona rəhbərlik edib.

Onun meyiti Azərbaycana göndərilərək doğulduğu rayonda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR