Türkmənistan prezidentinin Ermənistana səfəri başlayır

Türkmənistan prezidentinin Ermənistana səfəri başlayır
# 29 noyabr 2012 04:46 (UTC +04:00)

Bakı-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovun bu gün Ermənistana səfəri başlayır.

APA-nın «Novosti Armenii»-yə istinadən məlumatına görə, səfər çərçivəsində o, Ermənistan prezidenti Serj Sarqsyan, parlamentin sədri Ovik Abramyan, baş nazir Tiqran Sarkisyanla görüşəcək.


Səfər zamanı iki dövlət arasında əməkdaşlığın və əlaqələrin inkişafı ilə bağlı bir sıra sənədlər imzalanacaq.

Bundan başqa Q.Berdımühəmmədovun ermənilərin dini lideri ikinci Qareginlə görüşəcəyi gözlənilir.

Q.Berdımühəmmədovun İrəvan Dövlət Universitetində müəllim və tələbələr qarşısında çıxışı da planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR