Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı subsidiyalarının 85%-nə süni intellektlə nəzarət edilir

Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Süni İntellekt Layihəsinin rəhbəri Surxay Novruzov

© APA | Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Süni İntellekt Layihəsinin rəhbəri Surxay Novruzov

# 23 noyabr 2026 13:53 (UTC +04:00)

Hazırda ödədiyimiz subsidiyaların təxminən 85 faizi süni intellekt alətlərimiz vasitəsilə nəzarətdə saxlanılır.

“APA-Economics” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Süni İntellekt Layihəsinin rəhbəri Surxay Novruzov Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində təşkil olunan panel sessiyalarında deyib.

O qeyd edib ki, iki il əvvəl bu işlərin hamısı insan əməyinə və fiziki fəaliyyətə əsaslanırdı: “İndi isə onların 85 faizi süni intellekt alətləri də daxil olmaqla monitorinq vasitələri ilə nəzarətdə saxlanılır.

“Daha bir vacib məqamı qeyd edim: bu ildən etibarən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Subsidiya Komissiyası qərara alıb ki, dövlət subsidiyası ilə Azərbaycana gətirilən istənilən traktor və kombayn xüsusi sensorlarla – çip və sahə monitorinqi sensorları ilə təchiz olunmalıdır. Bu texnikaların hamısı nazirliyin serverinə qoşulmalıdır. Əks halda, onlar subsidiya imkanından istifadə edə bilməyəcəklər,”- Surxay Novruzov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR