Paşha Bank
Bank Of Baku

Azərbaycanla İtaliya arasında hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra layihələrə baxılmaqdadır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 23 noyabr 2026 14:10 (UTC +04:00)

Azərbaycan və İtaliya arasında hərbi-texniki əməkdaşlıq yeni istiqamətdir.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

“Hazırda iki ölkə şirkətləri arasında hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra layihələrə baxılmaqdadır. İtaliya şirkətləri ADEX sərgisində iştirak edib və bu yeni bir əməkdaşlıq istiqamətidir və biz bunu yüksək qiymətləndiririk. Minatəmizləmə sahəsində də İtaliya bizə dəstək göstərib. İtaliyanın müvafiq qurumları ANAMA ilə əməkdaşlıq edir. Buna görə İtaliyaya təşəkkür edirik” – nazir qeyd edib.

Nazir İtaliyanın beynəlxalq təbdirlərdə Azərbaycana dəstək verdiyini vurğulayıb.

O, İtaliyanın COP29-da da Azərbaycanın 8 təşəbbüsünə qoşulduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR