“Beşiktaş” Qəbələyə gələcək

“Beşiktaş” Qəbələyə gələcək
# 14 dekabr 2012 09:49 (UTC +04:00)

Bakı – APA. 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarından ikisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Beşiktaş” və Rusiyanın “Zenit” klubları turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. Gələn il mayın 28-dən iyunun 2-dək Qəbələdə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə bəlli olacaq.

Qeyd edək ki, ilk turnir ötən il mayın 30-dan iyunun 4-dək “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR