Fəzail Ağamalı: “Ana Vətən Partiyası prezident seçkilərində YAP-ın namizədini dəstəkləyəcək”

Fəzail Ağamalı: “Ana Vətən Partiyası prezident seçkilərində YAP-ın namizədini dəstəkləyəcək”
# 29 noyabr 2012 14:20 (UTC +04:00)

Bakı. Aynur Qəniyeva - APA. “Seçkiqabağı proseslərdə iqtidaryönlü partiyalarla birgə alyansın yaranması mümkündür”.

Bunu APA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

O, gələn il keçiriləcək prezident seçkilərində rəhbəri olduğu partiyanın mövqeyinə aydınlıq gətirərkən deyib ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü olsa, Ana Vətən Partiyası prezident seçkilərində hakim partiyanın namizədini dəstəkləyəcək.

“Doğrudur, Ana Vətən Partiyasının prezident seçkiləri ilə bağlı qəti mövqeyi partiyanın qurultayı zamanı bildiriləcək. Bundan başqa, seçkiqabağı proseslərdə iqtidaryönlü partiyalarla birgə alyansın yaranması hələlik müzakirə predmeti deyil. Bununla belə, indiki mərhələdə onu deyə bilərəm ki, Ana Vətən Partiyası əvvəlki seçkilərdə olduğu kimi, yenə də Azərbaycan reallığında ən güclü sosial bazaya malik olan hakim Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR