Gürcüstanda yeni dövlət strukturları yaradılıb

Gürcüstanda yeni dövlət strukturları yaradılıb
# 28 noyabr 2012 22:43 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan hökuməti noyabrın 28-də keçirdiyi iclasda yeni dövlət strukturları yaradıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında daxili işlər naziri İrakli Qaribaşvili məlumat verib. Onun sözlərinə görə, Gürcüstan daxili işlər nazirliyində yeni strukturlar yaradılıb.

“Əvvəllər fəaliyyət göstərən Konstitusiya Təhlükəsizliyi Departamenti və Xüsusi Operativ Departament ləğv edilib. “Bu dəyişikliklər barədə biz cəmiyyətə məlumat vermişdik. Konstitusiya Təhlükəsizliyi Departamentinin bazasında artıq iki yeni xidmət strukturu yaradılıb: Dövlət Təhlükəsizliyi Agentliyi və Korrupsiya əleyhinə Agentlik. Xüsusi Operativ Departament isə kriminal polis sisteminə daxil edilib. Bu birləşmənin nəticəsində Mərkəzi Kriminal Polisi yaranıb. Eyni zamanda yeni bir agentlik də yaranıb. Onun adı “İslahat və İnkişaf Agentliyi”dir”, deyə daxili işlər naziri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR