Azərbaycanda bankların məcmu kredit portfeli 20% artıb

Azərbaycanda bankların məcmu kredit portfeli 20% artıb
# 12 dekabr 2012 08:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit portfelinin həcmi 2012-ci il noyabrın 1-nə 11,422 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 1,897 mlrd. manat və ya 19,9% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında göstərilir.

Məlumata əsasən, bu ilin əvvəlindən bankların kredit portfelinin həcmi 1,723 mlrd. manat və ya 17,8%, oktyabr ayında isə 264 mln. manat və ya 2,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR