Elmira Süleymanova Marneulidə yaşayan soydaşlarımızla görüşüb - FOTOSESSİYA

Elmira Süleymanova Marneulidə yaşayan soydaşlarımızla görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 27 dekabr 2012 16:48 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycan ombudsmanı Elmira Süleymanova bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Elmira Süleymanova Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil olunan tədbirlərə qatılıb, mərkəzin təşəbbüsü və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə bərpa olunan Nizami Gəncəvinin barelyefinin açılışında iştirak edib.

Açılışdan sonra Azərbaycan ombudsmanı 3 saylı Azərbaycan orta məktəbində ictimaiyyət nümayəndələri ilə təşkil edilən görüşdə iştirak edərək, şoydaşlarımızı narahat edən problemləri dinləyib və onların həlli yolları barədə fikir mübadiləsi aparıb. Sonra ombudsman E.Süleymanova AMM-də ziyalılar və QHT nümayəndələri ilə görüşüb. Görüşdə bir sıra vacib məsələlər, o cümlədən miqrasiya probleminin həllinə dair təkliflər dinlənilib. Ombudsman görüş iştirakçılarına son bir neçə illərdə Azərbaycanda gedən islahatlar haqqında ətraflı məlumat verib və sosial problemlərin həlli, mədəni inkişaf, ölkədə hərtərəfli islahatların gedişi, o cümlədən insan hüquqlarının qorunması haqqında, eyni zamanda qanunvericilik dəyişikliklərindən, dövlət qurumlarının bu sahədə gördüyü işlər və mövcud vəziyyət, qarşıda duran problemlər və onların həyata keçirilməsinin həlli yollarından söhbət açıb. O, soydaşlarımıza “İnsan hüquqlarının səmərəliliyinin artırılması barədə” ölkə prezidenti tərəfindən təsdiqlənən “Milli fəaliyyət proqramı haqqında” geniş məlumat verib. Sonra 3 saylı Azərbaycan orta məktəbinin şagirdlərinin iştirakı ilə N. Gəncəvinin əsərlərindən ibarət bədii kompozisiya nümayiş olunub, AMM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor rəqs ansamblının üzvləri çıxış edib.

Elmira Süleymanova APA-nın Gürcüstan bürosuna eksklüziv açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə köklü yanaşmağın vacib olduğunu bildirib. Onun sözlərinə görə, miqrasiya prosesi bu günün problemi deyil: “Bu sahədə olan problemləri dəyişmək və məcrasına salmaq olar. Miqrasiya ilə bağlı məndə olan məlumatı soydaşlarımıza çatdırdım. Məlumat verdim ki, hal-hazırda “Miqrasiya Məcəlləsi” layihəsi hazırlanıb və bu sənədin qəbulu gözlənilir. Bu da bir çox problemlərin həllinə cavab olacaq. Ombudsman aparatı olaraq bu sənədin üzərində mümkün qədər mükəmməl işləməyə çalışacağıq ki, belə bir kamil sənəd qəbul olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR