İsrail yenə atəşkəsi pozub, 7 nəfər yaralanıb

İsrail yenə atəşkəsi pozub, 7 nəfər yaralanıb
# 29 noyabr 2012 02:52 (UTC +04:00)

Bakı-APA. İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən 2 qaçqın düşərgəsinə zərbə endirib. APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 7 fələstinli yaralanıb.

Qəzza səhiyyə idarəsinin nümayəndəsi Əşrəf əl-Kudranın bildirdiyinə görə, yaralılar «Aksa Şəhidləri» xəstəxanasına qaldırılıblar. Ə-Kudra hücumda minaatanlardan istifadə olunduğunu bildirib.

İsrail tərəfi məsələ ilə bağlı açıqlama verməyib.

İsrail və Qəzza 8 günlük döyüşlərdən sonra noyabrın 21-də atəşkəs barədə saziş imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR