Gürcüstanın daxili işlər naziri: “Kvemo-Kartli bölgəsində baş verən cinayətin 35%-i azərbaycanlılarla bağlı olub”

Gürcüstanın daxili işlər naziri: “Kvemo-Kartli bölgəsində baş verən cinayətin 35%-i azərbaycanlılarla bağlı olub”
# 18 dekabr 2012 22:41 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan Daxili İşlər Naziri İrakli Qaribaşvili ölkədə baş verən cinayətlərin 35%-i azərbaycanlıların kompakt yaşadığı bölgələrdə baş verdiyini bildirib. Nazir bu gün Gürcüstanda vəziyyətin stabilləşdiyini bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Bu gün bu stabilliyi saxlamağa hüquq mühafizə orqanları ciddi nəzarət edirlər. Mən Kvemo-Kartli bölgəsində baş verən hadisələrə də münasibət bildirmək istəyirəm. Bu rayon çoxmillətliliyi ilə fərqlənir. Bu regionda ümumilikdə götürsək, azərbaycanlılar əhalinin 42%-ni təşkil edir. Marneuli, Bolnisi, Dmanisi və Qardabanidə isə əhalinin 64%-ni azərbaycanlılar təşkil edir. Hakimiyyətə yeni qüvvələr gələndə krimogen vəziyyət çox gərgin idi. Sizə düzgün və dəqiq statistik rəqəmlər deyə bilərəm. Ümumi Gürcüstan üzrə 84 cinayət hadisəsi baş verib. Bu cinayətin 35%-i azərbaycanlılarla bağlı olub. Digər cinayətlər isə gürcü və başqa millətlərin yaşadığı bölgələrdə baş verib. Bir neçə şəxs saxlanılıb, 5-6 cinayət hadisəsi açılıb. İndi bizim əməkdaşlar yerlərdə azərbaycanlı əhalisi ilə effektli işlər aparırlar. Biz Marneulidə də işə yeni kadrlar qəbul etmişik. Marneuli rayon polis rəisinin müavini Ramin İsmayılov adlı azərbaycanlı təyin edilib. Ümumilikdə götürsək, polis sistemində 67 azərbaycanlı çalışır. Marneulidə və digər rayonlarda vəziyyət xeyli stabilləşib. Cinayətkarlıq aşağı düşüb. Biz nəzarəti gücləndiririk. ”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR