Bank Of Baku

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək

“Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək
# 07 sentyabr 2026 10:24 (UTC +04:00)

Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

"APA-Economics" xəbər verir ki, bu, Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizmlərində əksini tapıb.

Bildirilib ki, 2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR