Səfir Vladimir Doroxin: “Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolu böyükdür”

Səfir Vladimir Doroxin: “Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolu böyükdür”
# 21 dekabr 2012 13:52 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir görüşdə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə çatmış münasibətlərin möhkəmlənməsində kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirib. O, Rusiyaya geniş diqqət ayırdığına görə, Azərbaycan mediasına təşəkkür edib: “Rusiyada siyasi çərçivələrdən kənara çıxan və maraq doğuran çoxsaylı hadisələr baş verir. Ölkədə siyasi həyat canlanır, vətəndaş cəmiyyəti qurulur, bütün bunlar Azərbaycan mətbuatında da öz əksini tapır”.

Vladimir Doroxin bildirib ki, Azərbaycan mətbuatında yazılanlarla heç də həmişə razı deyil: “Bəzi şeyləri oxumaq xoşagəlməzdir, lakin biz söz və mətbuatı azadlığı prinsipini qəbil edir və bu kimi halları sakitliklə qarşılayırıq. Əsas məsələ faktlara hörmətlə yanaşmaqdır”.

Daha sonra səfir “Mir” Dövlətlərarası Teleradio Şirkətinin nümayəndələrinə ikitərəfli əməkdaşları aktiv işıqlandırdığına görə diplom təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR