Hadı Rəcəbli “Reproduktiv sağlamlığın qorunması haqqıda” qanun layihəsində bəzi məqamların İslamla ziddiyyət təşkil edə biləcəyini etiraf edib

Hadı Rəcəbli “Reproduktiv sağlamlığın qorunması haqqıda” qanun layihəsində bəzi məqamların İslamla ziddiyyət təşkil edə biləcəyini etiraf edib
# 29 noyabr 2012 12:08 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. H. Rəcəbli “Reproduktiv sağlamlığın qorunması haqqıda” qanun layihəsində yer alan bəzi məqamların İslam dini ilə ziddiyyət təşkil edə biləcəyini etiraf edib: “İslamda belədir ki, qətiyyən başqasının mayasından istifadə etmək olmaz. İran bunu siğə ilə edir. Bir adamın mayasını yalnız bir adama verməyə icazə var. Onlar deyir ki, bir adamın mayası ilə çox adam mayalansa, qardaşın bacını mayalandırmasına təsadüf etmək olar. Bizdə də mayalandırma ilə bağlı dəqiq uçot olacaq”.

Qeyd edək ki, “Reproduktiv sağlamlığın qorunması haqqıda” qanun layihəsi Milli Məclisin Sosial siyasət Komitəsinin iclasında iki dəfə müzakirə olunsa da, parlamentin plenar iclasına tövsiyə edilməyib. Qanun layihəsi yenidən işlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR