Mahmudəli Çöhrəqanlı Dünya Uyğur Konqresinin lideri Rəbiyə Qədirlə görüşüb - FOTO

Mahmudəli Çöhrəqanlı Dünya Uyğur Konqresinin lideri Rəbiyə Qədirlə görüşüb   - <span style="color: red;">FOTO
# 19 noyabr 2012 06:21 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə hər iki lider Güney Azərbaycan və Şərqi Türküstan türklərinin eyni millət olduğunu deyərək, iki təşkilat arasında əməkdaşlığın və birgə mübarizə aparmağın vacibliyini məqsədəuyğun sayıblar.

Görüşdə M. Çöhrəqanlı və R. Qədir Güney Azərbaycanın Şərqi Türküstan, Şərqi Türküstanın da Güney Azərbaycan üçün düşmənə qarşı mübarizədə birgə hərəkət edəcəyini də vurğulayıblar. Hər iki lider İran və Çin hökumətlərinin heç bir zaman Güney Azərbaycan və Şərqi Türküstan türklərinin haqq mübarizəsinin qarşısını ala bilməyəcəyini, 35 milyon Güney Azərbaycan türkü və 20 milyondan çox uyğur türkünün əsarətdən qurtuluşu və azadlığının çox yaxın zamanda reallaşacağına inandıqlarını söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR