TQDK əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak ediblər

TQDK əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak ediblər
# 15 noyabr 2012 09:17 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Almaniyanın paytaxtı Berlin şəhərində Təhsildə Qiymətləndirmə Avropa Assosiasiyasının (TQA-Avropa) “Həyat boyu qiymətləndirmə” mövzusunda 13-cü Beynəlxalq elmi-praktik konfransı keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfransın əsas məqsədi müxtəlif ölkələrin təhsildə qiymətləndirmə üzrə alimlərini və mütəxəssislərini bir araya toplayaraq bu sahədə qarşıya çıxan məsələləri dərindən araşdıraraq Avropa məkanında ümumi standartların yaradılması olub.

Konfransda Avropanın müxtəlif ölkələrindən, həmçinin Avstraliya, Çin, Kamboca, Yeni Zelandiya, İsrail kimi ölkələrdən olan təhsil sahəsində xüsusi nüfuza malik mütəxəssislər iştirak ediblər. TQDK-nı konfransda sektor müdirləri Nigar Hüseynova-Didavari və Samirə Həsənzadə təmsil ediblər.


Konfransda müxtəlif təqdimatlar və fikirlər dinlənilmiş, ümumi nəticələr əldə olunub, gələcəkdə həmin istiqamətdə araşdırmaların aparılması qərara alınıb. TQA-nın Avropadakı növbəti konfransının Parisdə keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR