Azərbaycan prezidenti ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzi, Bakı İdman Sarayında görülən işlərlə tanış olub - FOTOSESSİYA - VİDEO

Azərbaycan prezidenti ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzi, Bakı İdman Sarayında görülən işlərlə tanış olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 fevral 2015 09:31 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva fevralın 3-də “Bakubus” MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar.

APA-nın məlumatına görə, dövlət başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verilib.

Prezident Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.

Sonra prezident və xanımı ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan “Mercedes” markalı mikroavtobuslara baxıblar.

Prezidentə “Bakubus” MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verilib, bildirilib ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.

Daha sonra dövlət başçısı və xanımı Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR