Azərbaycanda gömrük daxilolmaları 4% artıb

Azərbaycanda gömrük daxilolmaları 4% artıb
# 22 may 2012 11:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 353 185,5 min manat həcmində vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünün analoji göstəricisinə nisbətən 3,6% artıqdır.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, bunun 117 451,6 min manatı gömrük rüsumları, 212 319,5 min manatı ƏDV, 18 823,5 min manatı aksizlər, 4 591,3 min manatı yol vergisinin payına düşüb. Ötən ilin ilk 4 ayına nisbətən gömrük rüsumlarının yığımı 62%, aksizlər 25,3%, yol vergisi üzrə yığımlar 29,2% artıb, ƏDV yığımları 14,8% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR