Azərbaycanlı DJ Çikaqoda keçiriləcək dünya çempionatında iştirak edəcək

Azərbaycanlı DJ Çikaqoda keçiriləcək dünya çempionatında iştirak edəcək
# 13 avqust 2012 07:05 (UTC +04:00)
APA-nın məlumatına görə, avqustun 11-də Bakıda Azərbaycanın 8 ən yaxşı DJ-i arasında dünya çempionatında iştirak etmək üçün seçim müsabiqəsi keçirilib. Üç musiqi janrında 15 dəqiqəlik setlərdən ibarət Azərbaycan «DJ battle»ın iştirakçıları sirasında DJ Apple, DJ Ayzk, DJ Ed, DJ Fior, DJ Narosh, DJ Pancho, DJ Seym və DJ Twist olub.

DJ-ləri 5 nəfərdən ibarət hakimlər kollegiyası qiymətləndirib ki, bunlar, professional musiqi industriyasını təmsil edən təcrübəli DJ-lər olub. İştirakçılar 4 kateqoriya (treklərin seçimi, texnika, kreativlik və kütləni əla almaq bacarığı) üzrə qiymətləndirilib. İştirakçılar minimum 3 musiqi janrından ibarət 15 dəqiqəlik set nümayiş etdirib. Setlərdə, növündən asılı olmayaraq, janrların qarışdırılması bacarığı əsas götürülüb.

Nəticədə, müsabiqənin üçüncü yerinə DJ Ed, ikinci yerinə DJ Fior, birinci yerə isə DJ Twist layiq görülüb. DJ Twist Azərbaycanı sentyabırn sonunda Çikaqoda keçiriləcək DJ-lərin dünya çempionatında təmsil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR