“Eurovision-2012” müsabiqəsində Böyük Britaniyanı 75 yaşlı Engelbert Hamperdink təmsil edəcək – FOTO

“Eurovision-2012” müsabiqəsində Böyük Britaniyanı 75 yaşlı Engelbert Hamperdink təmsil edəcək – <font color=red>FOTO</font>
# 02 mart 2012 04:56 (UTC +04:00)
APA-nın məlumatına görə, ölkənin müsabiqə üzrə yayımçı kanalı BBC elan edib ki, 2012-ci ildə Birləşmiş Krallığı Avropanın ən nüfuzlu mahnı yarışmasında Engelbert Hamperdink təmsil edəcək. Əsl adı Arnold Corc Dorsi olan bu dünya şöhrətli bariton 45 illik uğurlu musiqi karyerasına malikdir. Onun səs yazıları bu vaxtadək 150 milyon nüsxə ilə satılıb. Çoxsaylı mükafatları arasında 4 “Grammy” mükafatı xüsusi yer tutur. Onun yaradıcılığı dövründə 63 qızıl və 24 platin musiqi albomu işıq üzü görüb. Bundan əlavə Engelbert Hamperdink Hollivudda və Los-Angelesdəki Şöhrət xiyabanında ulduzu olan məşhurlardandır. O, dünya şou biznesinin varlıları siyahısında 5-ci yerdədir.

Engelbert Hamperdink ölkəsini “Eurovision” Mahnı Müsabiqəsində təmsil etməkdən və müsabiqənin bir parçası olmaqdan şərəf duyduğunu ifadə edib.

Müğənni Bakı səhnəsində ifa edəcəyi mahnını London, Los-Angeles və Neşvill şəhərlərində yazdıracağını açıqlayıb. Mahnı bir çox məşhurlarla işləyən Martin Terefe və Sacha Skarbek tərəfindən təqdim olunacaq.
Xatırladaq ki, “Eurovision” ailəsinin “böyük beşliyi”nə daxil olan Birləşmiş Krallıq mayın 26-da birbaşa final şousunda iştirak etmək hüququna malikdir. Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink müsabiqə ərəfəsində 76 yaşını qeyd edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR