Romada Nizami Gəncəvinin abidəsi ucaldılıb - FOTO

Romada Nizami Gəncəvinin abidəsi ucaldılıb -<font color=red> FOTO</font>
# 20 aprel 2012 14:08 (UTC +04:00)
Hazırda Romada səfərdə olan abidənin müəlliflərindən biri, xalq rəssamı Səlhab Məmmədovun APA-ya verdiyi məlumata görə, açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak edib.

Abidənin müəllifləri xalq rəssamı Səlhab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının Tarix və İncəsənət Komissiyası tərəfindən təsdiqlənib. Abidə Azərbaycan prezidentinin müvafiq sərəncamının icrası, Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi, onun bədii irsinin və klassik Azərbaycan ədəbiyyatının dünya miqyasında təbliği çərçivəsində ucaldılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR