Əfqanıstan nümayəndə heyəti DSMF sədri ilə görüşüb

Əfqanıstan nümayəndə heyəti DSMF sədri ilə görüşüb
# 14 iyun 2012 10:54 (UTC +04:00)
Bakı - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycanda səfərdə olan Əfqanıstanın Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının baş direktoru Sayed Zabiullah Savayzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
DSMF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”Ə verilən məlumata görə, görüşdə ölkədəki geniş spektrli islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması üçün indiyə qədər görülən işlər barədə məlumat verən S.Müslümov dövlət qulluqçularının pensiya təminatı, fərdi uçot sistemi, sığorta-pensiya sistemində hüquqi və fiziki şəxslərin qeydiyyatı, sosial qanunvericilik və s. məsələlərlə bağlı qonaqları maraqlandıran sualları cavablandırıb.
DSMF sədri bildirib ki, islahatların mühüm həlqələrindən biri kimi 2006-cı ildən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması və Azərbaycan vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ müəyyənləşdirilib. Hazırda Fondun fərdi uçot sistemində 95 ölkədən 12 825 əcnəbi vətəndaş qeydiyyatdadır və onlardan 5-i Əfqanıstan vətəndaşıdır.
S.Müslümov nəzərə çatdırıb ki, ötən il Dünya Bankının Əfqanıstan üzrə layihəsi çərçivəsində ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış olmaq məqsədilə Əfqanıstan nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bakıda keçirilən görüşlərin nəticəsi olaraq Əfqanıstan Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyi ilə əməkdaşlığın əsası qoyulub və hazırda əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanması üçün danışıqlar aparılır.
Əfqanıstan Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının baş direktoru Sayed Zabiullah Savayz Azərbaycanda sığorta-pensiya sistemində qısa müddət ərzində həyata keçirilən islahatları yüksək qiymətləndirdiyini bildirib. O, Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin keçid dövrü ölkələri üçün nümunə olduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR