Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 7 pillə geriləyib

Azərbaycan yığması FİFA-nın reytinq siyahısında 7 pillə geriləyib
# 07 mart 2012 09:53 (UTC +04:00)
Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 7 pillə geriləyib.

116-ci pilləyə düşən yığmamızın 285 xalı var. Fevral reytinqində 306 xalla 109-cu olan Berti Foqtsun yetirmələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki yoxlama oyunlarından sonra 21 xal və 7 pillə geriləyib.

Buna əsas səbəb isə yığmamızın Dubay toplanışında məğlubiyyəti təsir göstərib. Belə ki, FİFA-nın yoldaşlıq görüşləri keçirmək üçün nəzərdə tutduğu gündə, reytinqə düşən fevralın 29-da Fələstin yığmasına 0:2 hesabı ilə uduzduq. Millimiz Dubay toplanışında bunadək Sinqapurla heç-heçə edib (2:2), Hindistana qalib gəlib (3:0).

Qeyd edək ki, reytinq cədvəlinə yenə İspaniya başçılıq edir – 1561 xal. Hollandiya 1379, Almaniya isə 1332 xalla müvafiq olaraq 2-ci və 3-cü pillələrdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR