“The Sunday Times”: İran Suriyadan hərbçilərini geri çəkməyə başlayıb

“The Sunday Times”: İran Suriyadan hərbçilərini geri çəkməyə başlayıb
# 08 oktyabr 2012 09:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran Suriyaya göndərdiyi hərbçilərini geri çəkməyə başlayıb”. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “The Sunday Times” qəzeti yazıb.

Xəbərdə qeyd olunur ki, bu qərar İranın milli valyutası rialın on gündə dəyərini 50% itirməsindən sonra atılıb: “İran Suriyadakı Bəşər Əsəd hakimiyyətinə verdiyi maliyyə dəstəyinə reaksiya verilməməsi üçün hərbçilərini geri çəkməyi seçib. Onların İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) bağlı “Qüds” qanadının hərbçiləri olduğu bildirilir. Belə ki, vətəndaş müharibəsində Bəşər Əsədin ordusuna dəstək verən 275 iranlı hərbçi keçən həftə Suriyadan ayrılıb. Bu iddianı komandirlərdən birinin qohumu da təsdiqləyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR