MDB şəhərlərində mənzil bronlama internet vasitəsilə olacaq

MDB şəhərlərində mənzil bronlama internet vasitəsilə olacaq
# 14 iyun 2012 10:46 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. MDB ölkələrinin şəhərlərinə səfərə hazırlaşanlar bundan sonra internet vasitəsilə qısamüddətli mənzil bron edə biləcəklər.

APA-Economics”in MDB İcraiyyə Komitəsinin saytına istinadən xəbərinə görə, bu imkanı www.insouz.com saytı yaradacaq.

Portal “V Soyuze” layihəsi çərçivəsində MDB şəhərlərində qısamüddətli mənzil icarəsi problemini həll etmək üçün yaradılıb. Bu servisin köməyi ilə hər kəs 5-10 dəqiqə ərzində MDB ölkələrinin iri şəhərlərində bazar qiymətlərinə uyğun mənzil axtarıb tapa və bron edə bilər. Bunun üçün plastik kart və ya elektron ödəniş sistemləri vasitəsilə icarənin dəyərinin 15-25%-i öncədən ödənilməlidir. Bundan sonra müştərinin poçtuna sorğusunun qəbul edilməsinə dair təsdiqləyici məktub gələcək.

İnternet bronlaşdırma sisteminə artıq Moskva, Sankt-Peterburq, Kiyev, Odessa, Soçi, Minsk, Kazan, Yalta şəhərləri qoşulub. Yaxın bir il ərzində siyahıya daha 15 iri şəhərin qoşulması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR