Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan keçirilir

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan keçirilir
# 07 iyul 2012 06:00 (UTC +04:00)
TDQK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı və Naxçıvan şəhərlərdə imtahanların keçirilməsi üçün 7 (Bakıda 6, Naxçıvanda 1) imtahan mərkəzi ayrılıb. İmtahanın idarə olunmasına 23 imtahan rəhbəri, 228 zal nəzarətçisi cəlb olunub. İmtahanda 3089 (3075 nəfər Bakıda, 14 nəfər isə Naxçıvanda) abituriyentin iştirak edir. Onlardan 1485 nəfəri qız, 1604 nəfəri isə oğlandır. Abituriyentlərdən 1413 nəfər orta ümumtəhsil müəssisələrini ötən illərdə bitirən məzunlar, 1676 nəfəri isə builki məzunlardır.

İmtahan saat 11-də başlayacaq.

Qeyd edək ki, “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 13-də keçirilib. Həmin imtahanda 9167 abituriyent iştirak edib, onlardan 7444 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti alıb. Qəbul qaydalarına əsasən, həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə bu gün keçirilən “Azərbaycan dili” imtahanında təkrarən iştirak etmək imkanı verilib.

“Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 12-dən az olmamalıdır. İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR