Azərbaycanda könüllü daşınmaz əmlak sığortası bazarı 24% artıb

Azərbaycanda könüllü daşınmaz əmlak sığortası bazarı 24% artıb
# 14 avqust 2012 15:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 13,031 mln. manatlıq sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün yığımlarından 24% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya əsasən, könüllü əmlak sığortasına görə ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (12,788 mln. manat) növü üzrə toplanılıb ki, bu da məcmu əmlak sığortası üzrə yığımların 71%-ni, könüllü əmlak sığortası üzrə daxilolmaların isə 98%-ni təşkil edib.

Həmçinin, hesabat dövründə könüllü əmlak sığortası üzrə sığorta hadisələrinə görə verilən ödənişlərin həcmi 20% artaraq 1,433 mln. manata çatıb.

Bununla yanaşı, car ilin yanvar-iyun aylarında icbari əmlak sığortası üzrə 4,638 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bunun da 4,478 mln. manatı «Daşınmaz əmlakın icbari sığortası» və 160,160 min manatı isə «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növlərinin payına düşüb. Qeyd edək ki, icbari əmlak sığortası üzrə yığımların həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,7% çox olub. Ödənişlərin həcmi isə təxminən 2 dəfə azalaraq 131,810 min manat təşkil edib.

Xatırladaq ki, 2012-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 169,455 mln. manat, ödənişlərin həcmi isə 41,444 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR