Azərbaycan Rumıniyadakı təbii fəlakətdən ziyan çəkənlərə yardım edib

Azərbaycan Rumıniyadakı təbii fəlakətdən ziyan çəkənlərə yardım edib
# 12 fevral 2012 15:58 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bölgələrdə nəqliyyatın və cari fəaliyyətin iflic olması ilə əlaqədar insanların gündəlik tələbatını qarşılamaq üçün elan edilmiş yardım kampaniyası çərçivəsində Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan – Rumıniya ikitərəfli sənaye və ticarət palatası, eləcə də Rumıniyada fəaliyyət göstərən Azərbaycan şirkətləri tərəfindən müxtəlif növ ərzaq məhsulları, dərman və tibbi ləvazimatlar, habelə isti geyim əşyaları zərərçəkmişlərə təqdim edilib.

Rumıniyada humanitar yardım çağırışlarına Azərbaycan dövlətinin hər zamankı kimi çevik reaksiyası və xeyriyyəçilik fəaliyyəti Rumıniya xalqı və ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR