Sudanda 4 xarici dövlətin vətəndaşları həbs olunub

Sudanda 4 xarici dövlətin vətəndaşları həbs olunub
# 28 aprel 2012 23:35 (UTC +04:00)
Bakı-APA. Sudan hökuməti bəyan edib ki, 4 xarici dövlətin vətəndaşlarını qeyri-qanuni Xeqliq rayonuna daxil olduqlarına görə həbs ediliblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu yaxınlarda Xeqliq rayonunda Simali və Cənubi Sudan orduları arasında döyüşlər gedirdi. Həbs olunan Cənubi Sudan, CAR, Böyük Britaniya və Norveç vətəndaşları paytaxt Xartuma gətirilib. Cənubi Sudanda BMT missiyası bildirib ki, həbs olunanlardan biri BMT-nin əməkdaşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR