Elsevər Ağayev: “Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə dərmanlarla bağlı monitorinqlər keçirəcək”

Elsevər Ağayev: “Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə dərmanlarla bağlı monitorinqlər keçirəcək”
# 18 iyun 2012 11:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, nazirlik ali və orta məktəb şagirdlərinin siqaretdən istifadəsinə yaxşı baxmır: “Tövsiyə edirik ki, bütün insanlar siqaretdən uzaq olsunlar. Siqaretin ziyanlı təsiri barədə mətbuatda daimi məlumatlar verilir”.

Nazir müavini, həmçinin deyib ki, xaricdən gətirilən dərman preparatlarının hər biri Səhiyyə Nazirliyi tərəfindən ekspertiza olunur, yalnız bundan sonra onların idxalına icazə verilir: “Ölkədə qeydiyyatda olmayan, satışına icazə verilməyən dərmanların idxalına neçə illərdir icazə verilmir. Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə satılan bütün dərmanların içlik vərəqələri Azərbaycan dilində olmalıdır. Ölkədə fəaliyyət göstərən xarici dərman şirkətlərinə də bununla bağlı xəbərdarlıq edilib. İçlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə gətirilməsi artıq qadağandır. Yaxın vaxtlarda Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə monitorinqlər keçirəcək. Dərmanların keyfiyyətinə İqtisadi İnkişaf Nazirliyi ilə birgə nəzarət olunur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR