Şamaxıda baş verən avtomobil qəzasında 3 nəfər xəsarət alıb

Şamaxıda baş verən avtomobil qəzasında 3 nəfər xəsarət alıb
# 22 iyun 2012 08:55 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə ötən gecə saat 23:30 radələrində yolun 123.8-ci kilometrliyində Şamaxı rayonu ərazisində qeydə alınıb. Şamaxının Mədrəsə kəndində yaşayan Mesxeti türkü, 1992-ci il təvəllüdlü Mövludov Məhəmməd Mehralı oğlunun idarə etdiyi 15-BG-120 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn rayonun Qaravəlli kənd sakini, 1981-ci il təvəllüdlü Salmanov Telman Fərman oğluna məxsus 90-NL-089 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və “VAZ 2107”nin sərnişini 1989-cu il təvəllüdlü Əhmədov Altay Füzuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR