Son beş ildə Azərbaycanın işğal altında olan ərazilərinə 600-dən çox erməni ailəsi köçürülüb

Son beş ildə Azərbaycanın işğal altında olan ərazilərinə 600-dən çox erməni ailəsi köçürülüb
# 20 aprel 2012 10:17 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasətini davam etdirir. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, son beş il ərzində işğal altında olan Azərbaycan ərazilərinə 600-dən çox ailə köçürülüb. Həmin ailələrin əksəriyyətinin qoşunların təmas xətti yaxınlığında məskunlaşdırıldığı bildirilir. İşğal altındakı ərazilərdə fəaliyyət göstərən separatçı rejimin “sosial təminat naziri” Narine Astçatryan bildirib ki, məskunlaşma siyasəti xüsusi konsepsiya əsasında həyata keçirilir. O prosesin tam şəkildə gerçəkləşməsi üçün maddi vəsait çatışmazlığının olduğunu qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR