Azərbaycanda maşınqayırma zavodunda yanğın olub

Azərbaycanda maşınqayırma zavodunda yanğın olub
# 22 iyun 2012 06:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda zavodda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağstafa rayonunda yerləşən maşınqayırma zavodunda qeydə alınıb. Zavodun ərazisində ümumi sahəsi 600 kv.m olan sexin içərisinə yığılmış köhnə süngərlər və plastik materiallar 150 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR