Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,8% enib
# 13 fevral 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 801 bəndədək, S&P 500 0,7% - 1 343 bəndədək, Nasdaq 0,8% - 2 904 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə bir sıra zəif makroiqtisadi göstəricilər səbəb olub.

Avropa fond bazarlarında fevralın 10-da FTSE 100 indeksi 0,7% - 5 852 bəndədək, Almaniya DAX-ı 1,4% - 6 693 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 373 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 731,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3256 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR