Azərbaycan Ukraynada ilk operatorsuz avtomatik yanacaqdoldurma kompleksi açır

Azərbaycan Ukraynada ilk operatorsuz avtomatik yanacaqdoldurma kompleksi açır
# 16 aprel 2012 13:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 20-də Azərbaycan Dövlət Neft Şirkətinin törəmə qurumu olan «SOCAR Energy Ukraine» şirkəti Lvov vilayətinin Lyubaşevsk rayonunda Ukraynada ilk operatorsuz fəaliyyət göstərəcək «SOCAR Rapid» avtomatik yanacaqdoldurma kompleksi açacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə «SOCAR Energy Ukraine»nın rəsmi məlumatında deyilir.

Müştərilər yeni kompleksdə «Nano 95», «Nano diesel», «A-95» və «A-92» markalı yanacağı daha aşağı qiymətlə ala biləcəklər. Kompleksdə cəmi bir operator olacaq, başqa personalın olması isə nəzərdə tutulmur. Həmin operator avadanlığın işinə nəzarət edəcək və zərurət yarananda müştərilərə avadanlığın istifadəsini izah edəcək.

Bununla yanaşı qeyd edilir ki, yeni yanacaqdoldurma məntəqəsinin iş prinsipi müştəri tərəfindən kolonkanın və yanacaq növünün seçilməsini, ödəmə terminalı vasitəsi ilə lazımi məbləğin ödənilməsini və avtomatik avadanlığın həmin miqdarda yanacaq doldurmasını nəzərdə tutur. Bundan sonra müştəri müvafiq qəbz alacaq. Əlavə olaraq kompleksdə isti və soyuq içki avtomatları və sanitar qovşağı quraşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR